“Adımın Əkbər olduğunu bilə-bilə mənə…“ — Sənətçilər dalaşdı

“Adımın Əkbər olduğunu bilə-bilə mənə…“ — Sənətçilər dalaşdı
Tarix : Oxunma : Yorum Yaz

«Ən acığıma gələn məsələ odur ki, adımı Əkbər yerinə Ələkbər deyəsən. Görmüşük ki, adı qısaldarlar. Mənim adımı isə nədənsə, uzadıb, çox zaman Ələkbər deyirlər».

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Əkbər Əlizadə «7 canlı» verilişinə qonaq olarkən deyib.

Əlizadə Əməkdar artist Ruhəngiz Musəvinin onun adını səhv deməsindən sonra müğənnidən necə heyif çıxması haqda danışıb:

«Bir dəfə Rühəngiz Musəvi səhnəyə çıxdı, adımın Əkbər olduğunu bilə-bilə mənə «Çox sağol, təşəkkür edirəm, gözəl aparıcımız Ələkbər», dedi. Mən də ilan ilindənəm, kinliliyim tutdu. Ruhəngiz xanım ifasını təqdim edib, səhnədən enəndə dedim ki, «Təşəkkür edirəm. Qarşınızda Firəngiz Musəvi idi»».

İlk yorumu siz yazın