«Abbas, üstümə gəlməməliydin, bilirsən əjdahayam»

«Abbas, üstümə gəlməməliydin, bilirsən əjdahayam»
Tarix : Oxunma : Yorum Yaz

«Abbas Bağırov şou-biznesin gizli yollarını bilirdi. Özü «Cənnət Bakı» ilə məşhurluq qazanmışdı. Amma «A-trio» ilə ikinci məşhurluq qazandı. Qrup rəhbəri idi, küsülülüyü saxladı. Haqqı var idi. Mən də küsərəm».

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov «Özəl» proqramında deyib. Sənətçi Əməkdar artist Abbad Bağırovla aralarında yaşanan qalmaqaldan danışıb:

«Düşünürəm ki, yaxşı olacaq. Harada görsəm «salam» verəcəm. Bu, mənim borcumdur. Sənətçidir, Əməkdar artistdir və dostum olub. Ola bilər ərköyünlük edib itirmişəm, boynuma alıram. O da böyüklük edib üstümə gəlməməliydi. Bilirsən, əjdahayam. «A-tiro»nun işlərini mən edirdim. Sadəcə, gündəmdəyik deyə camaat deyir, dost idilər, nə oldu? Qızı da böyüdürsən, gedib başqa yerdə ailə qurur».

Qeyd edək ki, Abbas və Ramal illərdir küsülüdür. Abbasın qrupunda olan Ramal oradan çıxandan sonra ifaçılar arasında qalmaqal yaşanmışdı. Daha sonra onlar «Aləm gözəl» mahnısına görə mübahisə etmişdi.

İlk yorumu siz yazın