5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında!

5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında!
Tarix : Oxunma : Yorum Yaz

“Bakcell” 5G texnologiyasını istifadəyə verib. Hazırda sınaq rejimində fəaliyyət göstərən 5G şəbəkəsi Bakının müxtəlif ərazilərində — Fəvvarələr Meydanında, Xaqani bağında (Molokan bağı) və “Dəniz Mall” ərazisində mövcuddur.

5G ultrasürətli və sabit internet təqdim edən yeni nəsil mobil şəbəkə texnologiyasıdır.

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin təqdimatında 5G texnologiyasını Huawei, Xiaomi, OnePlus, Poco və Vivo smartfonlarının sahibləri istifadə edə bilər.

Bakcell” 5G texnologiyadan istifadə edən abunəçilərinə 5GB balans da hədiyyə edir. Yuxarıda adları çəkilən mobil cihaz sahibləri 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1# kodunu yığmalıdırlar. Əgər abunəçinin cihazı 5G texnologiyasını dəstəkləyirsə, onun nömrəsinin balansına 5 GB həcmində 5G trafiki hədiyyə olunacaq. Bu balans 1 saat ərzində 5G sınaqları keçirilən ərazilərdə istifadə edilə bilər.

5G virtual aləmdə oyunları daha əlçatan edir, filmləri ən yüksək keyfiyyətdə izləmək, irihəcmli məlumatları anında ötürmək imkanı verir.

5G vasitəsilə dron texnologiyalarının tətbiqi nəticəsində kənd təsərrüfatında səmərəlilik misli görülməmiş formada artacaq. Ən son cihazların genişmiqyaslı istifadəsi ilə səhiyyədə xəstəliklərin daha erkən diaqnozu və kütləvi monitorinqi mümkün olacaq. 5G “ağıllı” kənd və şəhərlərin, pilotsuz nəqliyyat vasitələrinin istifadəsini yeni zirvələrə qaldıracaq.

Ətraflı məlumatı 5g.bakcell.com səhifəsindən əldə etmək mümkündür.

“Bakcell” Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. “Bakcell” şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınır.

İlk yorumu siz yazın