«5 ildir ki, «YUG» teatrının binası yoxdur»

«5 ildir ki, «YUG» teatrının binası yoxdur»
Tarix : Oxunma : Yorum Yaz

«5 ildir ki, «YUG» teatrının binası yoxdur».

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova sosial şəbəkə hesabında yazıb. Sənətçi Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparmasına münasibət bildirib:

«5 ildir bizə doğma qapısını açan Kukla Teatrının direktoru, sevimli Rəşad Əhmədzadədir. Bu 5 il ərzində bizi öz teatrından ayırmadı. Hətta «YUG» teatrının ən kritik dövründə bizi yenidən birləşdirdi, barışdırdı, doğmalaşdırdı. 5 il ərzində iki kollektiv arasında doğmalıq yaratdı. Bizi başqa teatra yerləşdirsəydilər heç vaxt bu mehribançılıq, dostluq olmazdı. Peşəkar insan, əziz və sevimli Rəşad müəllim, hər şey üçün çox sağ olun. Var olun və hər zaman bizimlə olun».

Qeyd edək ki, noyabrın 18-dən Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparır. Yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir. S.Haqverdiyeva bildirib ki, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubleyində səsləndirib.

Rejissorun sözlərinə görə, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb. 

İlk yorumu siz yazın