Aktyor Müşviq Şahverdiyev bir müddət külli miqdarda borcunun olduğunu açıqlayıb.
Olay xəbər verir ki, bu barədə o, «Zarafat bir yana» verilişində açıqlama verib.
O bildirib: «2015-17-ci illərdə böyük fırtına oldu. 200 min manatdan çox borcum var idi. Mən bir film çəkdim. Əslində, işlərim gül kimi gedirdi, yaxşı qazanırdım. Dəstək oldular, «My name is İntiqam» filmini çəkdim. O film elə partlayış etdi ki, ikincisi, üçüncüsü üçün zəmin yarandı.
Növbəti filmi hazırlayanda birinciyə xərclədiyimizdən 2-3 qat artıq pul xərclədim. Seçimimiz Moldova oldu, orada da manatla xərcləmək olmur. Ona görə dollarla pul götürdüm. Biz getdik, filmi çəkdik.
Montajda olanda devalvasiya oldu. Film kinoteatrlara təqdim olunan qədər ikinci devalivasiya baş verdi. Dollarla aldığım pul 2-3 qatına çıxdı. Evi də dollarla kreditə almışdım. Onun da borcu artdı. Film də özünü doğrultmadı, pul az gətirdi. İnvestorun qoyduğu pul artdı. Haradasa 200 min manatı ödəmək üçün maşınımı satdım, kredit götürdüm. Qızıllarımıza qədər satdıq. Bir gün maşının içində oturub fikirləşirdim ki, bu vəziyyətdən necə çıxmaq olar? Özümlə danışdım, yolunu tapıdm, Allah əl-ayaq verib, gecə-gündüz işləyəcəm. Niyə özümü öldürüməliyəm?!
O 2 il çox çətin keçdi. Haradasa 2 saat yatırdım. Filmin çəkilişi səhərə yaxın bitirdi, gedib veriliş çəkirdim, oradan çıxıb yeni film çəkilişinə qayıdırdım. O pulları qaytardım, yeni ev aldım, ürəyim istəyən maşını da aldım. Hər şeyi yoluna qoydum. O günlər mənim üçün dərsdi. Başqalarına da örnək olsun ki, dərhal qərar verməyin ki, borcum var, öldüm mən…»