Xalq artisti Nazpəri Dostəliyeva maraqlı açıqlaması ilə diqqət çəkib.
Aydınlıq.az xəbər verir ki, sənətkar “Günün sədası” verilişində illər əvvəl ifa etdiyi məşhur “Nə olar, Allahım” mahnısına çəkilən klipdən danışıb:
““Nə olar, Allahım” mahnısının təkrarı olmayacaq. Ola bilər ki, daha yaxşısı olsun və ya onunla eyni səviyyədə olsun. Həmin klipdə çəkilən Ramiz bəylə (Xalq artisti Ramiz Novruz-red.) artıq 20 ildir ki, bir-birimizi görəndə “sevgilim” deyə müraciət edirik. O mənim əzizimdir, canımdır. Onu da, ailəsini də çox istəyirəm”.