18 yaşlı şəhidimiz torpağa tapşırıldı — Foto

18 yaşlı şəhidimiz torpağa tapşırıldı — Foto
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olanlardan biri də 18 yaşlı hərbçimiz Həsənov İbrahim Şöhrət oğlu olub.

Axşam.az xəbər verir ki, şəhidimizin nəşi bu gün doğulub boya-başa çatdığı Bülbülə qəsəbəsinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunub. Dəfn olunduqdan sonra Azərbaycanın üçrəngli bayrağı şəhidin atası Şöhrət Həsənova təqdim edilib.

Qeyd edək ki, 18.01.2004-cü il təvəllüdlü İbrahim Həsənov ailəli olub. Onun bir oğul övladı var. 

Allah rəhmət eləsin!

İlk yorumu siz yazın