“18, 25 yaşında qızlar tökülüb çöllərə”

“18, 25 yaşında qızlar tökülüb çöllərə”
Tarix : Oxunma : Yorum Yaz

«Hər yoldankeçən başlayıb xına məclisi idarə etməyə. Bu, böyük məsuliyyətdir. Biri var şeiri, qəzəli bilənlər, biri də var uşaq-muşaqlar. Geyim tərzinə fikir verməlisən. Danışığına, aparıcılığına, idarəçiliyinə baxmalısan».

Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova «MTV maqazin» proqramına açıqlamasında deyib. Aktrisa hazırda xına məclisi aparan tanınmışları tənqid edib:

«Çalışıram təkrarçılıq etməyim. Hamı elə məndən nəsə götürür. Amma bunu düzgün etsinlər. 18, 25, 26 yaşında qızlar tökülüb çöllərə. Belə də deyəcəm, başlayıblar xına məclisi aparmağa. Qoy, bunu aparıcılar, aktrisalar aparsın. Niyə ordan-burdan çıxırsan, məclisləri kor günə qoyursan? Bunu yaradıcı insan aparmalıdır. Xına aparanın müğənnilik, aparıcılıq, şairəlik qabiliyyəti olmalıdır. Hər bir teatrda yaradıcı xanımlar var, onlar da dolanmaq istəyir. Qoyun onlar da dolansın, siz də öz işinizlə məşğul olun. Səsi olmayanlar, oxuya bilməyənlər efirdədir, xına apara bilməyənlər xınalardadı. Valideynlər gözlərini açsınlar».

İlk yorumu siz yazın