15 sutka həbs yatan Manaf Ağayevdən ilk açıqlama

15 sutka həbs yatan Manaf Ağayevdən ilk açıqlama
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev 15 sutka həbs cəzası alıb və iki gün əvvəl azadlığa çıxıb.

Axşam.az xəbər verir ki, ifaçı ilk dəfə məsələ ilə bağlı paylaşım edib.

«Geridə qalan 15 gün ərzində mənə və ailəmə dəstək olan hər bir insana dərin təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Xalqımın sevgisini mənə çox görməsin. Xalqıma hər zaman belə toylar qismət olsun, bizdə gəlib iştirak edək. Allah xoşbəxt eləsin! Toyumuza başladıq» deyə, Manaf paylaşımında yazıb.

Xatırladaq ki, Manaf Ağayev və iş adamı Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə gedib. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlayıb. Az keçmədən müğənni paylaşımını silib. Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. Sənətçi və iş adamı 15 sutka həbs olunub.

İlk yorumu siz yazın