Ərindən danışan Xuraman Əlizadə: «Yumruğunu divara vurdu»

Ərindən danışan Xuraman Əlizadə: «Yumruğunu divara vurdu»
Tarix : Oxunma : Yorum Yaz

Aktrisa Xuraman Əlizadə şəxsi həyatı ilə diqqət çəkib. 

BAKU.WS xəbər veriir ki, «Onun sirri» proqramına qonaq olan aktrisa həyat yoldaşından danışıb. O əri ilə yaxşı yola getdiyini, evli olduğu dövrdə sadəcə bir dəfə dava etdiklərini bildirib:

«Həyat yoldaşım məni 2005-ci ildə çəkilən «Toy» filmində görüb və bəyənib. Baxamayaraq ki, bizim 6 yaş fərqimiz var. Nənəm də babamdan böyük olub, nolsun ki? O, əvvəllər polis işləyib. Sonra nəsə alınmayıb, ayrılıb işdən. Yaxşı aktyorluq qabiliyyəti var. Desəm filmlərə falan çəkil, edər.

O qədər deyib-gülən insandır ki, o, istəmir evdə kimsə qaşqabağlı gəzsin.

Bir dəfə böyük davamız oldu. Yumruğunu divara vurdu. O əli hələ də şiş kimi qalıb. Mənə hərdən deyir «Görürsən, səni tapandan saçım ağardı, əlim belə qaldı».

İlk yorumu siz yazın