Ənvər Həsənovun səhhəti ilə bağlı TƏBİB-dən — Açıqlama

Ənvər Həsənovun səhhəti ilə bağlı TƏBİB-dən — Açıqlama
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, uzun müddətdir səhhətində problem olan Xalq artisti Ənvər Həsənovun səhhəti ötən gün yenidən pisləşib. 

Axşam.az xəbər verir ki, aktyorun qızı Aytən Həsənova onun xəstəxanaya getməkdən imtina etdiyini açıqlayıb.

TƏBİB məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. Açıqlamada bildirilir:

«Xalq artisti Ənvər Həsənov 27.08.2022-ci il tarixində saat 10:20 radələrində TƏBİB-in tabeliyindəki Xəzər Tibb Mərkəzinə bronxit pnevmoniya diaqnozu ilə daxil olub. Eyni zamanda, onun şəkərli diabet və hipertoniya kimi yanaşı xəstəlikləri də olub. Xəstə daxil olarkən ümumi zəiflik, halsızlıq, tək-tək öskürək, hərarətin yüksək olması və yuxusuzluq müşahidə olunub. Ənvər Həsənov 30.08.2022-ci il tarixində “Yeni klinika” tibb müəssisəsində döş qəfəsinin KT (kompüter tomoqrafiya) müayinəsindən keçib. Müayinə nəticəsində sağ ağciyər orta payda, sol ağciyər yuxarı və aşağı paylarda zəif intensivli “buzlu şüşə” mənzərələri aşkar olunub. Ondan COVID-19 üzrə götürülən laboratoriya analizlərinin nəticəsi pozitiv çıxıb.

31.08.2022-ci il tarixində Xəzər Tibb Mərkəzinə Ənvər Həsənovun müayinəsi üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoloq dəvət edilib. Həkim müayinəsinin nəticəsində xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilib. Müalicəsinə davam edilən pasiyent 03.09.2022-ci il tarixində ağciyər rentgenoqrafiyası müayinəsindən keçib və ağciyərində pozitiv dinamika müşahidə edilib. Həmin gün xəstə öz və ailə üzvlərinin istəyilə tibb müəssisəsini tərk edib.

Daha sonra yenidən Xəzər Tibb Mərkəzinə müraciət edən Ənvər Həsənov üçün Elmi-Tədqiqat Kardiologiya İnstitutuna göndəriş verilib və həmin müəssisədə EXO (exokardioqrafiya) müayinəsindən keçib. Bu gün isə pasiyentə baş-beyin nahiyələrinin yoxlanılması məqsədilə MRT (maqnit rezonans tomoqrafiya) müayinəsi təyin olunub».

İlk yorumu siz yazın