“Ən böyük arzum atamla “Leyli və Məcnun”da tərəf müqabili olmaqdır” — FOTO

“Ən böyük arzum atamla “Leyli və Məcnun”da tərəf müqabili olmaqdır” — FOTO
Tarix : Oxunma : Yorum Yaz

«Ən böyük arzum atam, xalq artisti Alim Qasımovla «Leyli və Məcnun» tamaşasında tərəf müqabili olmaqdır. Bu haqda bir neçə dəfə söhbət gedib, hətta Opera və Balet teatrının baş rejissoru Hafiz Quliyevin vasitəsilə məşqlər də etmişik. Pandemiya dövrünə təsadüf etdiyi üçün qaldı, inşallah ki, arzumuz reallaşar».

Day.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Fərqanə Qasımova deyib. O daha sonra bu günlərdə oğlu ilə birlikdə oxuduğu mahnıdan, qudası Natiq Şirinovdan da danışıb.

«Oğlum hal-hazırda başqa təhsil üzrə oxuyur. Gözəl, mənalı səsi var. Əsasən quran avazında oxuyur. Gələcəkdə necə olacağını inşAllah zaman göstərəcək. Natiq Şirinovla biz qudalıqdan öncə sənətkar kimi dəfələrlə səfərlərdə eyni səhnəni paylaşmışıq. Alim müəllim Natiq Şirinovun istedadını hələ lap cavan vaxtlarında kəşf etmiş və ansamblına üzv seçmişdi. Sonralar gözəl konsert proqramlarında birlikdə olduq. İllər ötdü, biz də böyüdük, övladlarımız da və övladlarımız bizi qohum etdi. Bilirsiniz ki, mənim qızım onların evində gəlindir. Allah qohumluq zəncirini əbədi etsin İnşallah», — deyə sənətkar bildirib.

«Həyatınızdan razısınız?» sualına isə xanəndə belə cavab verib.

«Həyatımda hər şey gözəldir. Mən həyatımın arxasınca gedirəm. O məni hər zaman gözəl yerlərə aparır. Allaha güvənim sonsuzdur», — deyə xanəndə bildirib.

İlk yorumu siz yazın