«Əməkdar da, Xalqın artisti də özüməm» — Naibə Allahverdiyevaya cavab

«Əməkdar da, Xalqın artisti də özüməm» — Naibə Allahverdiyevaya cavab
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva Flora Kərimova və Afət Fərmanqızı qalmaqalına münasibət bildirib.

Axşam.az xəbər verir ki, aktrisa ad çəkmədən Fərmanqızının ünvanına tənqidlər səsləndirib. Qarşı tərəfin cavabı da N.Allahverdiyevaya gecikməyib.

Müğənni ad çəkmədən aktrisanın ünvanına bunları söyləyib:

«Bir aktrisa var, alt dodağı yer, üst dodağı göy süpürür. Aktrisa guya Xalq artisti ilə mübahisəmə münasibət bildirib, mənim cavabımı verib. Əvvəla, sənin əyri fikirlərin ağzın kimi əyridir. Ona görə də fikirlərin keçərli deyil. Deyirsən ki, onun nə haqqı var, böyük sənəti olan sənətkara belə sözlər deyir? Bəs, onun nə haqqı var ki, belə təhqirlər edir? O təhqirləri xalqa deməmişəm, yaxınlarım, əzizlərim sarsıla bilər. Onları saxlamışam məhkəmədə sübut kimi göstəriləcək. Hamınız dövlətdən yaxşı maaş alırsınız, pandemiyada onca manat insanlara kömək etmədiniz. Amma mən öz hesabımla 100 ailəyə yardım etmişəm. Ona görə də Xalqın artisti də, Əməkdar artist də özüməm».

Qeyd edək ki, F.Kərimova ilə A.Fərmanqızı arasında mübahisə bir neçə ildir davam edir. Bu günlərdə isə Kərimova qarşı tərəfi məhkəməyə verdiyini açıqlayıb. 

 «Mən Xalq artistiyəm, sənətkaram. Afət Fərmanqızı mənim şərəf və ləyaqətimi təhqir edib. Həmçinin, ailə üzvlərim barəsində etik olmayan ifadələr işlədib. Ümid edirəm ki, məhkəmə mənim nüfuzumu və təhqir olunmağımı əsaslı hesab edəcək, ədalətli qərar verəcək» deyə, F.Kərimova bildirib.

Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

İlk yorumu siz yazın