Əlibaba Məmmədov vəfat etdi

Əlibaba Məmmədov vəfat etdi
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Əlibaba Məmmədov vəfat edib.

Axşam.az «Qafqazinfo»ya istinadən xəbər verir ki, sənətçi 92 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi «Rast», «Bayatı Şiraz», «Rahab», «Dəşti» və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.

Xalq artisti «İnandır məni», «Yaşa hələ», «Sən gərək güləsən», «Səni gözlər» kimi məşhur mahnıları səsləndirib.

1963-cü ildə Azərbaycanın Əməkdar artisti, 1989-cu ildə Xalq artisti fəxri adlarını alıb. «Şöhrət», «Şərəf» və «İstiqlal» ordenləri ilə təltif olunub. 

Xatırladaq ki, Xalq artistinin oğlu Seyran Məmmədov fevralın 17-də 67 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Xanəndənin qızı isə ötən il COVİD-19 virusundan vəfat etmişdi.

İlk yorumu siz yazın