Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhətində problemlər yarandığı ilə bağlı xəbərlər yayılıb. Iddiaya görə, 85 yaşlı sənətkar bir neçə gündür özünü yaxşı hiss etmir, eyni zamanda, bir həftədir ki, yemək yemir.
Bizim.media xəbər verir ki, Ə.Yusifqızı səhhəti ilə əlaqədar yayılan məlumatları təkzib edib:
“Özümü yaxşı hiss edirəm. Başa düşə bilmirəm, niyə bu cür yalan informasiya yayılır. Mən heç bir informasiya agentliyinə özümü pis hiss etdiyimi və qidalanmadığımı deməmişəm. Ağ yalandır”.
Qeyd edək ki, Ə.Yusifqızının səhhətində problemlərin yarandığı xəbərini “Report” informasiya agentliyi yayıb.