Əməkdar artist Əkbər Əlizadə də tıxaclardan danışıb.
Yenisabah.az xəbər verir ki, tıxaclarda qalmaqdan gileylənən aktyor bu barədə qonaq olduğu “Günün sədası” verilişində danışıb:
«Mən Bayılda yaşayıram. «İçərişəhər» metrostansiyası ilə arasındakı məsafə 5 dəqiqədir. Tıxac bütün dünyada var, qarşısını ala bilmərik, amma Əl Oyunları Sarayının qarşısında yollar bağlanır.
Uşaqları mindirirəm maşına dərsə aparım. Yol bağlanır və qalırıq orda. Baxıram, camaat sükan arxasında yatır, kimi düşüb aşağı nəsə edir. 20 dəqiqə yol bağlayarlar? Əsəb, vaxt, benzin gedir. Bunun qarşılığını kim ödəyir?»