Əməkdar artist: “Klubları bağlayırlar, bu yazıq cavanlar hara getsin?!”

Əməkdar artist: “Klubları bağlayırlar, bu yazıq cavanlar hara getsin?!”
Tarix : Oxunma : Yorum Yaz

Milli rəqslərimizin bənzərsiz ifaçısı, hər zaman ədəb və xanımlığı ilə səhnəmizə bəzək olan əməkdar artist Aliyə Ramazanova, aprelin 3-ü gecə saat 3 radələrində paytaxtın Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən klubda baş verən partlayışda dünyasını itirən və yaralananlarla bağlı münasibətini açıqlayıb. Demokrat.az xəbər verir ki, əməkdar artist bunları bildirib: «O Allahın yazısıdır, nə bilərdilər ki, orda elə bir hadisə baş verəcək?! Cavandılar da, vaxtlarını keçirdirlər. Birinin yuxusu gəlmir, biri istəyir ki, rahat otursun dincəlsin. Gəncdirlər, istəyirlər həyatlarını mraqlı yaşasınlar.

Heç vaxt demək olmaz ki, «yaxşı oldu”, «getməzdi”, «nə işi var idi orda?!”. Klubları bağlayırlar, bu yazıq cavanlar hara getsin?! Gedib istirahət edirlər də.. Kim nə bilərdi ki, o hadisə baş verəcək?! Heç vaxt kiminsə ölümünə sevinmək olmaz. Hər şey Allahın əlindədir. Deməli qisməti orda ölmək imiş. Tanınmışların çoxu valideynləri qınayır. Gənclərin çoxu heç valideynə demir hara getdiyini. Uşaqlar da nə bilərdi ki, yazıqlar. Oturub orda bir stəkan çay içirlər də..”

İlk yorumu siz yazın