«Cavanlığımda bütün dünyanı gəzmişəm. «Azərbaycan» gəmisi ilə 5 ay kruizə çıxmışam».
Aydınlıq.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Musəvi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. Keçmiş həyat yoldaşını xatırlayan müğənni bunları əlavə edib:
«Dənizi də sevmirəm. İllərdir ki, dənizə getmirəm. Üzməyi də bacarmıram. Həyat yoldaşımla Türkiyəyə getmişik. Bəlkə də getmədiyim xarici ölkə yoxdur. Cavanlığımda, subay vaxtımda dünyanı gəzmişəm. İllər əvvəl “Azərbaycan” adlı gəmi vardı. 1973-cü ildə Almaniyaya, gənclərin ümumdünya festivalına getmişəm. 1
976-cı ildə beş ay o gəmidə həmkarım Eldar Axundov ilə kruizə çıxmışam. Orada da məni “Miss Azərbaycan” gözəli seçiblər. O kruizlə biz Yunanıstan, İtaliya, İspaniya, Afrika ölkələrinə getmişik. Ölməz və dahi sənətkar Rəşid Behbudovla Macarıstana getmişəm».