Zülfiyyə Xanbabayeva mədəkiçiltmə etdirib?

Zülfiyyə Xanbabayeva mədəkiçiltmə etdirib?
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Zülfiyyə Xanbabayeva mədəkiçiltmə əməliyyatı ilə arıqlaması iddialarına cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən danışıb:

«Düz olmayan söhbətlər, şaiyələr də var idi. Şaiyələr o qədər böyümüşdü ki, öz yaxınlarım bilə-bilə ki, etdirməmişəm, şübhələnirdilər məndən. Bilirsiniz ki, qadınlar hamısı biri-birini tanıyır. Bakı balaca şəhərdir. Arıqlamağın bir yolu var, ağzını bağlayırsan, vəssəlam».

Sənətçi formada qalmaq üçün idmanla da məşğul olduğunu bildirib:

«Bir neçə dəfə pilateslə məşğul olmuşam. Gördüm ki, mənlik deyil. Çünki mənim üçün passiv idman növüdür. Daha çox enerji almaq istəyirəm, onu da üzərkən alıram».

İlk yorumu siz yazın