“Mətbuat, televiziya xalqın güzgüsüdür, nəinki orada aparıcılar, eləcə də hər bir insan özünün görür. Çünki ekranlarda aparıcının davranışı, onun hərəkətləri bilavasitə bizim hər birimizin mədəniyyətimizi, əxlaqımızı, dünya görüşümüzü nümayiş etdirir”.
Bu sözləri Demokrat.az-a açıqlamasındaa Mill Məclisin deputatı Tahir Rzayev deyib. Deputat vurğulayıb ki, əgər bu sahələr bilavasitə xalqa xidmət edirsə, xalqın ruhuna, milli-mənəvi dəyərlərinə layiq olmalıdır:
“Çox təəssüflər olsun ki, bu gün bizim bir çox mətbuat orqanlarımızda, eləcə də bəzi televiziyalarımızda bu normalardan kənardadırlar. Onlar nəinki xalqın, milli-mənəvi, əxlaqi dəyərlərini təbliğ edir, əksinə buna bir kölgə salırlar. Bayağı, şit hərəkətləri ilə, danışıqları ilə, bəzən oradakı insanları lağa qoymaqla, özlərini, həm də insanları aldatmış olurlar. Mən Zaur Kamala hörmətlə yanaşan bir insanam, çünki onun intellektinə, onun qabiliyyətinə yaxşı bələdəm. O, həqiqətən də, çox çalışqan, öz üzərində işləyən, hadisələrə operativ qiymət verən bir jurnalist, aparıcıdır. Ancaq Zaur Kamalla bir neçə dəfə təmasda olmuşam. O, bizim rayondan da verilişlər hazırlayıb. Bəzən onun şit zarafatları, bayağı hərəkətləri insanlarda rəğbət doğurmur. Əksinə, Zaura, onun fəaliyyətinə bir kölgə salır”.
Deputat qeyd edib ki, İrandan dəvət edilən müğənni Afşin Azərini efirdən qovulması çox pis haldır:
“Bu, bizim mənəvi dəyərlərimizə yaddır, digər tərəfdən bu, bizim qardaş, dost ölkənin vətəndaşıdır, bir Azərbaycan soyludur. Ona görə də, elə bilirəm ki, bu hərəkətlərə bir daha yol verilməməlidir. Mən həmin müğənnini bir neçə müsahibəsini oxudum. Əlbəttə ki, onun söylədikləri mənim ürəyimcə oldu. O, bildirib ki, bu ötəri bir haldır, biz bir-birimizi bağışlamalıyıq, biz daimi bir-birimizə dəstək verməliyik, bir-birimizə hörmətlə yanaşmalıyıq. Belə də olmaldıır. Televiziya bizim aynamızdır. Bu aynada hər kəs özünü əxlaqlı, mənəviyyatlı, mədəniyyətli görməlidi və bunu da başqalarına təbliğ etməlidir. Bizim mədəniyyətsiz, öz xalqını, öz mənliyini ucaltmayan aparıcılara, insanlara heç bir hörmətimiz ola bilməz”.