“Yaxın günlərdə telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki…”

“Yaxın günlərdə telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki…”
Tarix : Oxunma : Yorum Yaz

«İnsanlar var ki, bu həyatda hər şeyi hədə-qorxu və şantajla etdirə bilirlər və edirlər. Mənə hədə-qorxu gəlməyin — onsuz da bu həyat mənasızdır, ölümdən də qorxmuram».

«Yeni Sabah» xəbər verir ki, bunu müğənni Nura Suri yazıb. 

«Ört-basdır etsəniz də, bəzi məsələləri hamı anlayır. Şəxsən mən bu gün baş verən hadisəyə də, verilən təkzibə də inanmadım. Yaxın günlərdə telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki, nəsə olub — hətta sonradan təkzib versəm belə» — müğənni əlavə edib. 

Qeyd edək ki, bu gün Manset.az saytında nəğməkar şair Vüqar Əhmədin saxlanılması ilə bağlı xəbər yayılıb. Daha sonra onun sərbəst buraxıldığı bildirilib. Gün ərzində Vüqar Əhmədin telefonuna zəng çatmayıb. 

Şairin qızı xanəndə Almaxanım Əhmədli isə Sitat.info-ya açıqlama verərək yayılan xəbərləri təkzib edib. 

İlk yorumu siz yazın