«Xalqımı sosial şəbəkədəki kimi görmək istəmirəm»

«Xalqımı sosial şəbəkədəki kimi görmək istəmirəm»
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə statuslar yazıb, onu tez silməsinin səbəbini açıqlayıb. 

Sənətçi «Mədəni şou»da sosial şəbəkədəki paylaşımlardan şikayət edib. O bildirib ki,  verilişlərə də qatılanda şərt qoyur:

«Əvvəl əsəbiləşirəm, başlayıb status yazıram. Sonra deyirlər, sənə lazımıd? Mən də silirəm. Məni cəmiyyətin bu vəziyyətdə olması narahat edir: Bir müğənni kimi yox, vətəndaş kimi. Sosial şəbəkələrdə baş verən hadisələr məni qıcıqlandırır. Xalqımı belə görmək istəmirəm: uca görmək istəyirəm. Pisini də pis görmək istəmirəm.

Son günlər paylaşdıqlarımla insanların 90 faizi razılaşır. Televiziyada mədəniyyət görmək istəyirəm. Əgər televizoru açıb kanalı başqa ölkəyə çevirirəmsə, görün bunlar nə gündədir. Mən artıq verilişə qaydalarla gedirəm. Buna mənim sənətim də, yaşım da icazə verir. Mən oxumağa gəlirəm, istədiyim adamla gələcəyəm».

İlk yorumu siz yazın