Vidadi Bərdəlinin oğlu azadlığa buraxıldı

Vidadi Bərdəlinin oğlu azadlığa buraxıldı
Tarix : Oxunma : Yorum Yaz

Mərhum müğənni Vidadi Bərdəlinin 12 il müddətə həbsə məhkum edilmiş oğlu Tuncay Vəliyev azadlığa buraxılıb.

Axşam.az xəbər verir ki, bu barədə V.Bərdəlinin həyat yoldaşı Naida Heydərova məlumat yayıb.

Belə ki, məhkəmənin qərarı ilə Tuncay Vəliyev barəsindəki qətimkan tədbiri dəyişdirilib.

«Allahım sənə çox şükür, oğlumu mənə qovuşdurdun. Rəbbim səni qorusun, ürəyim, Tuncayım» deyə, N.Heydərova paylaşımında yazıb.

Xatırladaq ki, V. Bərdəli 2012-ci il noyabrın 30-da 53 yaşında vəfat edib. 

Qeyd edək ki, T.Vəliyev tanışı F.Ocaqquliyev ilə birgə 2018-ci ildə taksi sürücüsü Rəşad Hüseynovu Nəsimi rayonu ərazisində qətlə yetirməkdə ittiham edilib. Lakin məhkəmə T.Vəliyevə ittiham olunduğu qəsdən adam öldürmə maddəsi üzrə bəraət verib. O, yalnız narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu ildə çıxardığı hökmlə F.Ocaqquliyev 19 il, T.Vəliyev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

İlk yorumu siz yazın