Görücü Vanqa 2022-ci ildə baş verəcək bir sıra hadisələri proqnozlaşdırıb.
Məlumata görə, Vanqa uzun müddətdir əbədi buzlaqlarda gizlənən bir xəstəliyin oyanacağını, iqlim dəyişikliyinə görə əriyən buzun altından çıxaraq dünyanı bürüyəcəyini bildirib.
Həmçinin o proqnozlaşdırıb ki, gələn il planetin bir çox sakinləri içməli su çatışmazlığından əziyyət çəkəcək, hindular isə anomal istilər səbəbindən aclıqla üzləşəcəklər.
Eyni zamanda, Vanqanın proqnozlarına görə, 2022-ci ildə dünya müharibəsi olmayacaq.