Bu il Özbəkistanda keçirilən 14-cü Beynəlxalq Daşkənd Film Festivalında türk kinosu üçün xüsusi gecə keçirilib.
Gecəyə Türkiyədən Burak Özçivit, Serdar Gökhan, Nurgül Yeşilçay və Azra Akın kimi məşhur isimlər qatılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, böyük marağa səbəb olan festivalın pərdə arxasında baş verənlər ictimaiyyəti çaşdırıb.
İddialara görə, Burak Özçivit və Nurgül Yeşilçay mərasimə qatılan digər türk aktyorlarla səhnəyə çıxmaq istəməyiblər. Ustad aktyor Serdar Gökhan da bu anların şahidi olub.
«Serdar Gökhan Burak Özçiviti qısqandı, səhnə etdi” kimi yayılan xəbər ustad aktyoru qəzəbləndirib.
«2-ci Səhifə» proqramına telefonla bağlanan Gökhan bu barədə danışıb:
«Türkiyə Respublikası Mədəniyyət Nazirliyi olaraq Daşkənd Film Festivalı üçün Türkiyəni təmsil edərək Özbəkistana getdik. Bizi səhnəyə dəvət etdilər və 12-yə yaxın oyunçu var idi. İki stul boş qalmışdı. Nurgül Yeşilçay və Burak Özçivitin oturması üçün kulisdən «Gəlməyəcəyəm, getməyəcəyəm” səslərini eşitdik. Əsəbləşdik. Türkiyəni təmsil etməyə getdik. Bir qəpik də qazanc vermədən vətənimizi tanıtmaq üçün…
Bu dostların niyyətini anlaya bilmədik, hər kəs kimi ruhdan düşdük.
Daha sonra ‘Qısqanırdım’ sözləri çıxarıldı, ona nə qısqanım? 58 ildir bu peşədə xalqımın istəklərinə uyğun olaraq onlara yanlış mesaj vermədən onların qarşısında baş əymişik.
Bir-iki nəfər durub adımdan istifadə edib «paxıllıq edir” desə, mən nəyə həsəd aparıram? Qısqanacaq nə var ki?»