«Gizlənmək utandırıcıdır».
«Report» xəbər verir ki, bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya «Anadolu»ya müsahibəsində deyib.
«Bu utancı hər an yaşayıram. Bunu heç vaxt bağışlamayacağam. Bütün Ukrayna qadınları, kişiləri, uşaqları üçün təhlükə var. Amma hamımızı məhv etmək mümkünsüzdür. Həyatda qalmağı bacaranlar bu utancı heç vaxt unutmayacaqlar», — o bildirib.