Sumqayıtda müəllimlərlə görüş keçirilib

Sumqayıtda müəllimlərlə görüş keçirilib
Tarix : Oxunma : Yorum Yaz

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Abşeron-Xızı Regional Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Konfederasiyasının birgə təşkilatçılığı ilə görüş keçirilib. 

Görüşdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi, məktəb direktorları, müəllimlər və Həmkarlar İttifaqının nümayəndələri iştirak ediblər.

Elm və Təhsil Nazirliyi tərəfindən Sumqayıtda fəaliyyət göstərən 32 nəfər müəllim təltif olunub.

Onlardan 17 nəfər müəllimə fəxri fərman, 

15 nəfərə isə “Qabaqcıl təhsil işçisi” döş nişanı təqdim edilib.

Tədbirdə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Elm və Təhsil İşçiləri Həmkarlar  İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Elşad Novruzov müəllim əməyinin yüksək dəyərləndirildiyini vurğulayıb: “Müəllimlərin zəhməti ölçülməzdir.

Həmkarlar İttifaqı olaraq biz daim onların sosial rifahını və əmək hüquqlarını müdafiə etməyə çalışırıq.”

Sonda isə Elm və Təhsil Nazirliyi tərəfindən bir sıra müəllimlər səmərəli fəaliyyətlərinə və  təlim-tərbiyə prosesində uğurlarına görə təltif ediliblər.

İlk yorumu siz yazın