Müğənni Aynur Dadaşova bir vaxtlar dost olduğu həmkarı Niyam Salami ilə evlənəcəyi haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Axşam.az xəbər verir ki, bu haqda «El canlı» verilişində danışan ifaçı bir layihə üçün belə piar qurulduğunu deyib. O bildirib ki, konsertin anonsu üçün bəy-gəlin geyimindən istifadə ediblər:
«Konsertimizin adı «Toy» olacaqdı. Tamaşaçı isə bunu ciddi qəbul etdi. Mən də dedim ki, istəmirəm konserti. Hətta həmin layihədən xərcləri çıxdıqdan sonra hərəmizə 200 min manat qalırdı. Söz-söhbətə görə istəmədim. İnsanlar «Allah mübarək etsin» deyirdi, məni ağlamaq tuturdu».