Əməkdart artist Gövhər Həsənzadə sənətçilərə qoyulan titullardan gileylənib.
Day.Az axşam.az-a istinadən xəbər verir ki, bəstəkar bu barədə «Maqazin Plus»a müsahibəsində danışıb. O, şou-biznesdə «Nömrə 1» və «Meqastar» kimi titulları qəbul etmədiyini bildirib:
Ətraflı
«Nə «Meqastar»? Bu sözləri haradan tapırsınız. Bu xarici sözləri başa düşmürəm. «Meqastar» sözü yoxdur, Rəşid Behbudovun yanında o söz nə qədər cılız qalır. Sənətkar! «Nömrə 1» filan yoxdur. Tamaşaçı var ki, 5 nəfərdir, amma məhəlləsindəki ifaçını sevir. Həmin 5 nəfərin hissiyatını, qürurunu bilirsiniz nə qədər yaralayırıq? Onlar üçün kimi sevirlərsə, «Nömrə 1» odur.
Üzdən tanımadığınız, amma avtomobildə, el şənliyində, kanallarda mahnıları səslənən ifaçılar var ki, Azərbaycanda 95 faizin zövqünə uyğundur. Sevə-sevə də dinlənilir. İndi ona «Meqastar» deyək? Heç bir sənət adamı özünü ikinci görmür, tamaşaçı da öz sevdiyi ifaçısını ikinci kimi görmür. Onu deyən adama da nifrət edir».