Sevda izləyicisinə qarğış etdi

Sevda izləyicisinə qarğış etdi
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Sevda Sanəliyeva onu yalan danışmaqda ittiham edən izləyicisinə qarğış yazıb. 

Axşam.az xəbər verir ki, sənətçi bir neçə gün əvvəl bir kişinin onu izlədiyini açıqlayaraq, polisə müraciət edib. İzləyicilərdən biri isə Sevdanı özünü bu yollar reklam etməkdə günahlandırıb. 

Sənətçi yazılan rəyə «Mənim bu günə kimi aldığım nəfəs qədər daş təpənə düşsün. Yaşadığım bütün stresi, əsəbi yaşayasan. İnşallah… Görmürsən polisə müraciət etmişəm? Qulağın eşitmir? Reklam xatirinə dövlətlə, polislə oyun oynaya bilərəm? Heç nə demirəm, çəkdiyim qədərini çəkəsən. Onda bilmədən danışmaq nədir anlayarsan» cavabını verib.

İlk yorumu siz yazın