“Location” gecə klubunda partlayışda xəsarət alan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayevanın ölüm xəbəri xeyli müzakirələrə səbəb olub.
Əyləncə videoları sosial şəbəkədə yayıldıqdan sonra mərhumu tənqid atəşinə tutanlardan biri də müğənni Nadir Qafarzadə olub.
«Miss Azərbaycan-2019» titulunun sahibi Səmra Hüseynova müğənninin etirazına sərt reaksiya verib.
O, Qafarzadənin fikirlərini paylaşaraq “İndiki kişilərin çoxu arvaddan betər olub. Arvadağız olublar. Ancaq “vıdı-vıdı” qeybət edirlər” – deyə, qeyd edib.
Xatırladaq ki, müğənni hadisəyə belə şərh bildirmişdi:
“İndiki bəzi qızlar niyə ailə qurub, xanım olmaq istəmir? 23 yaşlı qız həyatını məhv etdi. Öz həyatını özü darmadağın etdi. Bu hadisə bir çox gənc xanıma dərs olar. Yazıq valideyn, gör indi nə haldadır?! Nə deyib ağlasın görəsən? Ey gənclər, həyatınızı məhv etməyin”.