Şəhriyar əsəbiləşdi: «Heç kimin fikri mənə önəmli deyil»

Şəhriyar əsəbiləşdi: «Heç kimin fikri mənə önəmli deyil»
Tarix : Oxunma : Yorum Yaz

Müğənniliyə başlayan aparıcı Şəhriyar Əbilov həyatında yeni qərarlar aldığını bildirib.

«ARB” televiziyasında «Xəbər ətər” verilişində qonaq olan Əbilov onu qınayanları önəmsəmədiyini deyib:

«İncəsənət çoxşaxəlidir. Rəssamlığım var, 3-cü kursda oxuyuram, 6-7 bədii filmim var, aktyoram, 20 ildir səhnədəyəm, aparıcıyam. Musiqi mənim üçün daha fərqli yanaşmadır. Həmişə zümzümə edəndə deyirdilər ki, səsin var, oxu. Bu qərərara gəlmək üçün demək ki, 20 il bişməli idim. Heç kimin fikri mənə önəmli deyil, kimsə gülər, ayıb edər. Pis günümdə pul verir onlar mənə? Həyatda arzuladığınız hər işi edin. Heç vaxt gec deyil. Əsas odur istəyəsən”.

Şəhriyar zamanı gəldiyində artıq məclislərdə aparıcılıq etməyəcəyini də söyləyib:

«Mən fikirləşirəm ki, bu işə daha peşəkar yanaşmalıyam. Əgər musiqi mənim həyatımda daha önəmli yerə gəlib çıxsa, çox guman ki, artıq aparıcılığın daşını atmalı olacağam. Amma bu tez bir zamanda olmayacaq, hələ zaman var. Bəlkə də sadəcə televiziya aparıcılığında qaldım, məclislərdən uzaqlaşdım. Zamanla görəcəyik”.

İlk yorumu siz yazın