Müğənni Roza Zərgərli “Muhteşem yüzyıl” serialından ona təklif gəldiyini açıqlayıb.
Aydınlıq.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Tam vaxtıdır” verilişində danışıb.
Roza Zərgərli deyib ki, bu, illər əvvəl baş verib:
“Məni “Muhteşem Yüzyıl” serialına dəvət etdilər. İbrahim Paşanın sultanını oynayacaqdım. Keçmiş ərim icazə vermədi, çünki 6 ay orada qalmalı idim. İmtina etdim. Sonra deyirdim, yaxşı elədim. Amma serial dünyaya çıxdı. Hər baxanda ağlayırdım”.
Serialda Okan Yalabıkın canlandırdığı İbrahim paşa ilə evli olan Hatice sultanı Selma Ergeç oynayıb.