“Ronaldonun səliqəsiz dişləri, sızanaqları və arıq bədəni var idi” — Bacısı

“Ronaldonun səliqəsiz dişləri, sızanaqları və arıq bədəni var idi” — Bacısı
Tarix : Oxunma : Yorum Yaz

Məşhur futbolçu Kriştiano Ronaldonun bacısı Katya Aveyro öz İnstaqram hesabında paylaşım edib. 

Yenisabah.az xəbər verir ki, o, qardaşının həyat yolundan yazıb. Keyta 38 yaşlı hücumçu haqqında bunları deyib: 

“Ronaldo qəti qərara gəldi ki, heç kimin kölgəsi olmayacaq. Alkoqol aludəçisi olan atası kimi olmamaq qərarı verdi.  Buna görə də Kriştiano heç vaxt bir damla spirtli içki içməyib. Ronaldo dünyanın zirvəsinə qalxmaq istəyirdi. O, bütün uğursuzluqlara baxmayaraq, qalibdir. Ronaldonun səliqəsiz dişləri, sızanaqları və arıq bədəni var idi. Ancaq o, eyni təbəssüm və eyni daxili gücə sahib idi. 

Ronaldo milyonçudur. Qalan günlərində istədiyi hər şeyi edə bilər. Amma Kriştiano Ronaldo bunu etmir. Çoxları daha milliyə gedə bilmədiklərinə görə təslim olanda Ronaldo çalışırdı. Oyun başa çatdıqda bizim Kriştiano puldan həzz almaq əvəzinə, növbəti oyuna qədər daha tez sağalmaq, toparlanmaq üçün buzlu suya dalır”. 

Qeyd edək ki, Ronaldo hazırda «Əl-Nəsr»də oynayır. O, Portuqaliya millisinin də üzvüdür. 

İlk yorumu siz yazın