Müğənni Rəqsanə İsmayılova və Damla arasında yaranan gərginlik bitib.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə bəstəkar Afşin Azəri “Şou ATV”yə açıqlamasında bildirib.
O, müəllifi olduğu “Ay ürəyim” mahnısına görə dava edən iki tanınmış simanın barışdığını vurğulayıb:
“Problemləri həll olub, daha sonra necə dost idilərsə, elə də qaldılar”.
Qeyd edək ki, sözügedən mahnı 1 gün fasilə ilə hər iki sənətçinin ifasında təqdim olunmuşdu.