Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının oğlu diqqətləri üzərinə çəkməyə davam edir.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında atası ilə tez-tez görüntülərini paylaşan balaca Yusif ölkə ictimaiyyətinin marağını cəlb edə bilib.
Bu paylaşımlar həm də onun “İnstagram” hesabının aktivliyinə təsir edib. Belə ki, 15 noyabr tarixində 48 min izləyicisi olan Yusifin bir həftə ərzində izləyicisi artaraq 94 minə çatıb.
Qeyd edək ki, meyxanaçının oğlunun 11 yaşı var. O, 5-ci sinif şagirdidir. Rəşadın Yusifdən başqa Bətul adlı azyaşlı qızı da var.