«Əl çəkmir. Amma o dediyini heç vaxt görməyəcək».
Yenisabah.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva «Instagram»da canlı yayımda deyib.
O, izləyiciləri ilə dialoqda şairə Nazilə Səfərlinin ilə məhkəmə davası barədə suala əsəbiləşib:
«Əl çəkmir. Amma o dediyini heç vaxt görməyəcək. İlhamə Quliyevanın bir sözü var idi, onu demirəm. Yaşayarıq görərik».
Xatırladaq ki, rəqqasə-şairə qalmaqalı Nazilənin sosial şəbəkədə yazdığı postla başlamışdı: «Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla».