Qərbi Kaspi Universiteti Times Higher Education və “Coursera” onlayn beynəlxalq təhsil təşkilatının birgə təşkilatçılığı ilə keçirilən və dünyanın 90-dək nüfuzlu universitetinin qatıldığı beynəlxalq tədbirdə iştirak edib. “Avropada tələbələr üçün gələcək imkanların kəşfi” mövzusunda keçirilən tədbirdə postpandemiya dövründə beynəlliləşmə, universitetlərin istehsal və sənaye ilə əlaqələri , rəqəmsal təhsilin kütləvi şəkildə mənimsənilməsinin universitetlər arasında beynəlxalq əməkdaşlığı təşviq etməsi və s. istiqamətlər üzrə müzakirələr aparılıb. Panel müzakirələrdə Times Higher Education təşkilatının məsul nümayəndəsi Phil Baty, Böyük Britaniyanın Nottingham Trent Universitetinin məşğulluq üzrə direktor müavini Doug Col, Almaniyanın Deggendorf Texnologiya İnstitutunun süni intellekt üzrə professoru Patrick Glauner, Sankt-Peterburq Elektrotexnika İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Anastasiya Minina, “Coursera for Campus”un direktoru Dike Onianwa, Çexiyanın Ostrava Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Renata Tomaskova, İT sahəsində nüfuzlu “Adobe” şirkətinin təhsil üzrə təmsilçisi Mark Andrews iştirak ediblər.
Panel müzakirələrdə eyni zamanda Times Higher Education təşkilatının məsul nümayəndəsi Phil Baty, Böyük Britaniyanın Nottingham Trent Universitetinin məşğulluq üzrə direktor müavini Doug Col, Almaniyanın Deggendorf Texnologiya İnstitutunun süni intellekt üzrə professoru Patrick Glauner, Sankt-Peterburq Elektrotexnika İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Anastasiya Minina, “Coursera for Campus”un direktoru Dike Onianwa, Çexiyanın Ostrava Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Renata Tomaskova, İT sahəsində nüfuzlu “Adobe” şirkətinin təhsil üzrə təmsilçisi Mark Andrews iştirak ediblər.
Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov tədbirin panel hissəsində əsas spikerlərdən biri kimi çıxış edib, müzakirələrə qatılıb.