“Peşə Təmayüllü siniflər” layihəsi şagirdlərə həm ümumi təhsil almaq, həm də seçdikləri peşəyə ilk addımı atmaq imkanı yaradır!
X sinifdən başlayaraq şagirdlər artıq əmək bazarına uyğun bilik və bacarıqlarla yetişir, məktəbi bitirərkən həm attestat, həm də peşə sertifikatı əldə edirlər.
Bu layihə həm də gələcəyini indidən düşünən şagirdlər üçün əla fürsətdir!
Sumqayıt şəhər 29 nömrəli tam orta ümumtəhsil məktəbinin “Peşə Təmayüllü siniflər” layihəsi çərçivəsində keçirilən dərslərdən fotoları təqdim edirik.