Xəbər verdiyimiz kimi, bu gün saat 03:00 radələrində gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. Partlayışda 1 nəfər həlak olub, 37 nəfər yaralanıb.
Axşam.az xəbər verir ki, yaralılardan biri də dəbdəbəli toyu ilə gündəmə gələn bloger Aysel Şükürovadır. Hazırda xəstəxanada olan Ayselin keçmiş həyat yoldaşı onun səhhəti ilə bağlı sosial şəbəkədə məlumat yayıb. «Ayselin yanında xəbər gözləyirəm, dua edin», «Hər şey yaxşıdır. Narahat olmayın» deyə, o bildirib.
Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubdakı partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
Xatırladaq ki, Aysel Şükürova Bakı Lift İdarəsinin sabiq direktoru Qüdrət Şükürovun qızıdır.