“Özümü 19 yaşlı qız kimi hiss edirəm”

“Özümü 19 yaşlı qız kimi hiss edirəm”
Tarix : Oxunma : Yorum Yaz

Bu gün Azərbaycanın Xalq artisti, sevimli aktrisa Afaq Bəşirqızının 69 yaşı tamam olur.«Afaq xanım, özünüzü 69 yaşında hiss edirsinizmi?» sualına özünəxas yumorla cavab verdi.

«Yox, özümü 19 yaşlı qız kimi hiss edirəm. Diqqətiniz üçün təşəkkür edirəm, xalqın sevgisini hiss etmək gözəldir», — deyə o bildirib.

Bəs aktrisa özündən sonra səhnədə ikinci Afaq olaraq kimi görür, diqqətini çəkən istedadlı aktrisalar varmı?

«İstedadlı aktrisalar çoxdur. Kiməsə ikinci Afaq demək mənə yaraşmaz, bu özündən müştəbehlik olardı»,- deyə aktrisa vurğulayıb.lent.az

İlk yorumu siz yazın