Rəqqasə-aktrisa Oksana Rəsulova illər sonra ilk dəfə görünüşündə dəyişiklik edib.
Aydınlıq.az xəbər verir ki, o, saçlarını sarı rəngə boyatdırıb.
Oksana bildirib ki, bunu yeni layihəsi üçün edib:
“İlk dəfə olaraq saçımın rəngini dəyişdim, amma özümə görə yox. Bu yaxınlarda çəkilən “Dönənlər” tammetrajlı bədii filmində rol aldığım və mənim üçün çox dəyərli olan Sevinc obrazıma görə. Bu obrazımı çox sevdim və inanıram ki, sizdə sevəcəksiniz”.