Nura Suri Zaurun verilişdən danışdı : “Bu məsələni açmaq cinayətdir“

Nura Suri Zaurun verilişdən danışdı : “Bu məsələni açmaq cinayətdir“
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Nura Suri Zaur Baxşəliyevin “Bizimləsən” proqramına övladını 19 il sonra axtarmağa gələn qadını tənqid atəşinə tutub.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda yazan ifaçı bunun cinayət olduğunu bildirib:

“»Bizimləsən» verlişində neçə vaxtdır ki, bir mövzu uzana-uzana gedir. Bir qadın uşağı doğub atıb başqa bir qadının üstünə. 19 il axtarmayıb. Həmin qadın da o uşağı öz uşağı kimi böyüdüb, uşaq da bilmir ki, atılıb. İndi verlişdə deyirlər ki yox, uşaq bilməlidir, anasını tanımalıdır.

Ay insanlar, bu, nə münasibətdir? Cinayətdir bu məsələni açmaq (Maddə 175 — Övladlığa götürmə sirrini yayma) İnsafsızlıqdır hətta.

Belə hadisələri görüb heç kəs atılan uşaqları övladlığa götürməz, riskə getməz. Olmaz bu məsələni açmaq, uzatmaq.

Uşaq böyütmək asandır? Onu böyüdən qadının əziyyətinə hörmət qoyun. Olmaz belə. Uşaqlarını atan insanların 2-3 ildən sonra səhvlərini anlamasını başa düşmək olar. 19 ildən sonra isə başa düşüləsi heç nə yoxdur».

İlk yorumu siz yazın