Nar Cəlilabad Festivalında iştirak etdi!

Nar Cəlilabad Festivalında iştirak etdi!
Tarix : Oxunma : Yorum Yaz

Azərbaycanın bölgələrinə xüsusi önəm verən mobil operator Nar bu dəfə Cəlilabad Festivalında iştirak etdi. Mobil operator festival iştirakçılarına xüsusi Nar çadırında əyləncə ilə yanaşı, mobil nömrə satışı və müştəri xidmətləri imkanı da təqdim etdi.

Nar çadırındakı 360 dərəcəli video çəkiliş ziyarətçilərin böyük marağına səbəb oldu. Mobil operatordan nömrə əldə edən, mobil cihazında “Nar+” tətbiqini istifadə edən və Nar haqqında suallara doğru cavab verən ziyarətçilər dəyərli hədiyyələrlə mükafatlandırıldı. 

Qeyd edək ki, mobil operator Nar, həyata keçirdiyi layihələrlə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırır. Bölgələrdəki yeni konseptli Nar mağazaları ilə daha üstün xidmət gətirir, təqaüd və təlim proqramları ilə təhsil imkanlarını genişləndirir və eləcə də yüksək sürətli interneti bölgələr üçün əlçatan edir.
Nar-ın həyata keçirdiyi layihələr haqqında ətraflı nar.az/projects səhifəsində məlumat əldə edə bilərsiniz.

Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

İlk yorumu siz yazın