Namiq Qaraçuxurlu şou-biznesin qaydalarına məcburiyyətdən əməl etdiyini deyib.
ARB TV-nin «Söz Baz» verilişinin qonağı olan ifaçı şou-biznesin onun düşüncələrinə uyğun gəlmədiyini vurğulayıb:
«Şou-biznesin qayəsi nədir? Nə qədər yalançı olsan, o qədər də at oynada bilərsən. Ona görə mənə qəribə gəlir ki, bəzi aparıcı və müxbirlər şou-biznesdə həqiqət axtarırlar. Əslində, onlara kimin yaxşı cavab verəcəyi lazımdır. Lağ mənasında demirəm, şou-biznes istedad tələb edir. Məsələn, bəzən gözümü yumub, klipimə maraq artırmaq üçün hansısa xanımla şəklimi qoyub, bir gün yoxa çıxıram. Məcburən mən də edirəm, amma ayıbını etmirəm».
Daha ətraflı süjetdə: