Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin başına iş gəlib.
OLAY yazır ki, o istirahət etdiyi Bodrumda ayağından eşşək arısı sancıb.
Bununla bağlı Nəsrin instaqramda paylaşım edib.
«Çimərlik geyimində foto paylaş deyənlərə gəlsin. Bir az əvvəl ayağımı eşşək arısı sancdı. Son nəfəsimlə bu şəkli paylaşıram. Çimərlik geyimini dəyişəndə arının üstünə basdım və yarı yoldan qayıtdım. Kimin nəzəri dəydi?».