Motosiklet sürücüsünü döyən şəxs danışdı — “Məni işdən çıxaracaqlar”

Motosiklet sürücüsünü döyən şəxs danışdı — “Məni işdən çıxaracaqlar”
Tarix : Oxunma : Yorum Yaz

«Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı».

Aydınlıq.az gununsesi.info-ya istinadən bildirir ki, bunu paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs — Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.

O bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:

«Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram».

Qeyd edək ki, Sultan Dadaşovun Prezident Aparatında işlədiyi deyilir.

İlk yorumu siz yazın