«Maaşımı alanda həyat yoldaşıma verirəm»

«Maaşımı alanda həyat yoldaşıma verirəm»
Tarix : Oxunma : Yorum Yaz

«Qadın diqqət istəyir. Qadına çox şey lazım deyil, onlara bircə dəfə can desən, 10 dəfə can eşidəcəksən. Qadın diqqətə, məhəbbətə ehtiyacı olan bir varlıqdır».

Bu sözləri Əməkdar artist Vahid Əliyev «Nigar xanım» verilişində deyib. Aktyor həyat yoldaşına hədiyyə almadığını, lakin maaşını ona verdiyini bildirib:

«Həyat yoldaşımın 64 yaşı var. Nişanlanan vaxtımda ona tapşırmışdım ki, evimin içində 20 nəfər də olsa, mənim üçün qapını sən açmalısan. Mən qapını açan xanımımın alınından öpüb içəri keçməliyəm. Bundan böyük xoşbəxtlik nə ola bilər? Olmasın min manatımız, olsun 1 qəpiklik diqqətimiz.

Maaşımı alanda həyat yoldaşıma verirəm. Demişəm ki, özün bilərsən. Yoldaşıma ən böyük hədiyyəm isə 45 ildə hər gün çay dəmləyib onun qarşısına qoyuram. Mən dəqiq olaraq bilmirəm ki, həyat yoldaşımın hansı ətirdən xoşu gəlir. İnsan yuxudadır, mən nə qədər öyrənsəm də, tam bilməyəcəyəm».

İlk yorumu siz yazın