«Maarifçi»lər məktəblilər üçün təlim keçiblər

«Maarifçi»lər məktəblilər üçün təlim keçiblər
Tarix : Oxunma : Yorum Yaz

Oktyabrın 13-də III «Maarifçi» tələbə-məzun təcrübə proqramının iştirakçıları məktəblilər üçün təlim keçiblər. 

Sumqayıt şəhəri 34 nömrəli tam orta məktəbin VII-IX sinif şagirdləri üçün keçirilən təlimin məqsədi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin «Konstitusiya və Suverenlik İli» elan edilməsi çərçivəsində maarifləndirmə olub.

Tədbirdə proqramın iştirakçıları Tural Adıgözəlov,Aytən Cabbarzadə, Aytac Həziyeva, Əsədova Türkan, Nuray Məmmədova, Abbasov Fəxrəddin, Nuranə Pirizadə və Sadiq Məmmədov çıxış ediblər.

Görüş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. 

Tədbirin birinci hissəsi Azərbaycan Konstitusiyasının tarixi və milli dövlətçiliyimizdə yeri, əhəmiyyəti, quruluşu və əsas bölmələri, o cümlədən, təhsil hüququ və vətəndaşlıq hüquq və vəzifələri barədə geniş məlumatlandırmaya həsr olunub.

O cümlədən, Ümummilli Lider Heydər Əliyevin rolundan başlayaraq, 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatları ilə Azərbaycanın suverenliyinin tam bərpası yolu izah edilib.

Tədbirin ikinci hissəsində şagirdlər üçün interaktiv oyunlar təşkil olunub. Şagirdlər komandalar şəklində bilik, dünyagörüşü və yaradıcılıq qabiliyyətini nümayiş etdiriblər. Oyunlarda seçilən şagirdlər hədiyyələrlə təltif edilib və onlara təhsil həyatında uğurlar arzulanıb. 

Tədbirin sonunda isə məktəbin direktoru Afiq İsmayılov «Maarifçi»lərə təşəkkürünü bildirib və bu tədbirlərin şagirdlər üçün əhəmiyyətindən bəhs edib.

İlk yorumu siz yazın