Bir neçə gün öncə müğənni Mənzurə Musayeva avtomobil qəzası keçirib.
Bu barədə onun özü Sonxeber.az-a açıqlama verib.
Müğənni qəzanın anidən baş verdiyini bildirib:
«Şükür, qəza nəticəsində özüm xəsarət almamışam, amma maşın çox əzilib. Demək olar ki, bir tərəfi yoxdur. Vallah, özüm də bilmirəm, qəza necə baş verdi. Şeytan elədi ya nə baş verdisə, bir də gördüm ki, maşını vurmuşam».